+994 12 404 25 10
+994 50 500 40 04
Ana Səhifə
Haqqımızda

ADV Production – müxtəlif növ və ölçüdə olan kreativ metal və taxta məmulatlarının istehsalı, hazırlanması, quraşdırılması və açıq hava reklam yayımı (www.adv.az) sahəsində fəaliyyət göstərən bir studiyadır. Şirkətimiz 2001-ci ildən açıq hava reklamı sahəsində, 2014-cü ildən isə istehsal sahəsində fəaliyyət göstərir. Fabrikamız 20 000 m2 sahəni əhatə edir. İstehsal sahəmizdə olan mütəxəssislərimiz insanların zövqünü oxşayan, onları əhatə edən məkanın daha rahat və gözəl olması üçün lazım olan kreativ bağ və ev mebelləri, kreativ küçə mebelləri, park və bağlar üçün işıqlandırma vasitələri, kiosk, müxtəlif pavilyonlar, inşaat və dekorativ konstruksiyaların istehsalı ilə məşğuldurlar.

Qeyd olunanlardan əlavə, texniki imkanlarımız da bizə imkan verir ki hər bir sifariş olunan məhsulu istehsal edib müştərilərimizə təqdim edək. İstehsal etdiyimiz məhsulların keyfiyyətinə, dayanıqlığına, standartlara cavab verməsinə təminat veririk. Bu sahədə çalışan mütəxəssislərimiz öz pəşəkarlıqları ilə seçilirlər və bunun nəticəsidir ki, keyfiyyətli məhsul istehsal etməklə yanaşı hər bir müştəri ilə fərdi qaydada işləmək günümüzün əsas tələbinə çevrilmişdir. Biz öz işimizi sevirik və  o məmulatları istehsal etməkdən zövq alırıq ki, həmin məmulatlar uzun müddət insanlara yüksək keyfiyyətlə xidmət etmiş olsun. Məhz bu səbəbdən də biz, əməkdaşlıq üçün əlverişli şərtlər yaradırıq ki, hər zaman alıcılarımızı məhsullarımızla sevindirmək imkanımız daha geniş olsun.   

Xidmətlər

Şirkətimizin metal və taxta məmulatlarının istehsalı müəssisəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşir. İstehsalat və çatdırılma imkanlarımız əməkdaşlığımızın sərhədlərini genişləndirir və istehsal olunan məhsulların regionun hər bir yerinə  çatdırılmasını və quraşdırılmasını təmin edirik. Müəssisəmizin istehsalat və texnoloji imkanları bizə imkan verir ki, aşağıda göstərilən metal və taxta məmulatlarını ən yüksək keyfiyyətlə istehsal edək və müştərilərimizə çatdıraq:

  • metal inşaat konstruksiyaları
  • kreativ hasarlar və məhəccərlər
  • müxtəlif çeşidli metal və taxta qapılar
  • şkaflar
  • stellajlar
  • pilləkənlər
  • taxtadan kreativ mebellər
  • metal və taxtadan stollar və stullar
  • bəzəklərin müxtəlif elementləri
  • ev və açıq məkanda işıqlandırma elementləri
  • kreativ işıq dirəkləri
  • bağ- park fonarları və bollardlar

Biz  bütün növ mürəkkəb işlərin həyata keçirilməsinə hazırıq. Bunun üçün istehsalat müəssisəmizin hər bir sahəsində mövcud olan yüksək peşəkarlığa malik mütəxəssislərimiz, müasir yüksək texnologiyalı avadanlıqlarımız və əməyimizin nəticəsinə olan məsuliyyətimiz mövcuddur.  Şirkətimiz dünyanın inkişaf etmiş LED modul istehsalçılarının (OSRAM, ELT, Niteko və s.) məhsullarından istifadə etməklə  bağ və parklar üçün kreativ işıqlandırma qurğuları və bollardların istehsalını  həyata keçirir. Həmin işıqlandırma qurğularına növündən asılı olaraq 2 ildən 10 ilə qədər zəmanət verilir. Bundan əlavə şirkətimiz Avropanın küçə və böyük əraziləri üçün nəzərdə tutulan LED işıqlandırma qurğularının dizaynı və istehsalı üzrə ixtisaslaşmış aparıcı şirkətlərindən biri olan Niteko (www.niteko.com) şirkətinin  Azərbaycanda rəsmi distribyutorudur. Nitekonun təsisçiləri dünyada ilk dəfə olaraq küçələrin  yüksək gərginlikli işıq led modulları vasitəsilə işıqlandırılmasını təklif etmişlər. İstehsalat xətti tamamilə İtaliyada yerləşir.İnnovasiyalara edilən daimi investisiyalar və eksklüziv patentlər küçə və böyük ərazilərin işıqlandırılması üçün dizayn edilən güclü və dözümlü LED modulların istehsalına şərait yaradır. Niteko məhsullarının yüksək keyfiyyəti və etibarlılığı onun verdiyi ekskluziv zəmanət ilə təsdiq olunur (50.000 saat və ya 10 il). Peşəkarlıqla yerinə yetirilmiş işıqlanma hesabatı optimal işıq həllini təklif etməyə imkan verir ki, bu da komfortlu və təhlükəsiz mühitin yaradılmasına şərait yaradır. Göstərilən nəticələrin mümkünlüyü küçə, idman və memarlıq işıqlanma texnikası sahəsində ən çətin məqsədləri həll edə bilən və peşəkarlar ştatına mailk olan işıq texnikası layihələndirilməsi Departamentinin səyləri nəticəsində mümkün olur. Niteko işıqlanma vasitələri öz etibarlılığı ilə fərqlənir və stabil olmayan gərginlikdən qorunmaq üçün eksklüziv müdafiə texnologiyasına malik Advanced EOS Protection System və VOC FREE sistemini tətbiq etdiyi üçün qurğuların sıradan çıxmasına görə öz rəqibləri ilə müqayisədə ən aşağı faizə malikdir (ildə 0,2%-dən aşağı). Həmçinin, şirkətimiz bu gün taxta qurutma avadanlığı üzrə dünya  bazarında liderlərdən biri olan SECAL (www.secalsrl.com) şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamış və hal-hazırda fabrikamızın ərazisində yüksək standartlara cavab verən qurutma avadanlığı quraşdırılır. Bu isə bazara yüksək keyfiyyət normalarına cavab verən məhsul təqdim etməyə imkan verəcəkdir. SECAL müxtəlif tipli qurutma, buxarlama və fitosanitar emal kameraları  və s.  kimi  qurutma  avadanlığı istehsalında ixtisaslaşan İtaliya şirkətidir.
1995-ci ildə Trevizo əyalətinin Resana şəhərində yaradılan şirkət, bu gün taxta qurutma avadanlığı üzrə dünya  bazarında liderdir. Bü gün SECAL markası keyfiyyət sinonimi deməkdir- bü isə uzun illər ərzində daim texnoloji inkişafa nail olmaq, məhsullarının keyfiyyəti və innovasiyalılığı uğrunda daim araşdırmalar və yeniliklər etmək hesabınadır. 

Texniki imkanlarımız
Show more

Bizim müəssisəmizdə  ən son texnolgiyalarla çalışan və dünyanın aparıcı - lider şirkətlərindən olan İtaliyanın SCM Group və Casati Woodworking Machines, Almaniyanın Homag GmbH, Turkiyənin Durmazlar Makina firmalarının istehsalı olan müxtəlif profilli müasir avadanlıqlar  mövcuddur və bu avadanlıqlar qısa zaman kəsiyində materialların lazımi ölçülərdə millimetr dəqiqliyi ilə işlənməsini təmin edə bilər. Bunlara  0,8-8 mm qalınlığında olan metal lövhələri istənilən formada bükən Abkant avadanlığı, 0,8-6 mm  qalınlıqda lövhələri kəsən Gilyotin tipli avadanlıq, löhvələrin künc kəsim makinası, lövhə və profillərin dairəvi büküm makinası, lövhələrdə müxtəlif  ölçüdə və formada avtomatik və sürətli şəkildə kəsimlər edən Panç avadanlığı, həmçinin  boru və metal lövhələrdə istənilən formada Plazma kəsim avadanlığı, taxta məmulatları üzərində müxtəlif incəlikləri edə bilən muasir avadanlıqlar və CNC makinası aiddir.  Plazma ilə kəsim etmək imkanlarımıza dair xüsusi olaraq qeyd etmək istəyirik ki, qalınlığı 100 mm-ə qədər olan metalda müxtəlif formalarda modellərin kəsilməsi işlərini həyata keçirə bilirik. Gilyotin makinası isə qısa zaman kəsiyində məhsulun lazımı ölçülərlə kəsilməsini millimetr dəqiqliyi ilə təmin edə bilər. Abkant makinası isə şaquli sıxılma ilə əyilməni bütün növ ölçülərlə təmin edə bilər.
Texniki imkanlarımız yalnız bizdə olan ən müasir metal və taxta emalı cihazlarının imkanları ilə məhdudlaşmır, həmçinin mütəxəssislərimizin yüksək peşəkarlığı da mühüm amillərdən hesab olunur.
Fabrikamızda xüsusi qumlama kamerası və Hollandiyanın Airblast Surface Treatment Solutions firmasının istehsalı olan qumlama aparatı, həmçinin 7 metr uzunluğunda toz boya kamerası  və 200 (oC) dərəcəyədək istidə emal olunan statik toz boya vurulması texnologiyası mövcuddur ki, bu da müştərilərimizə yüksək keyfiyyətli, rütubətə və açıq hava şəraitinə dözümlü boyalı və keyfiyyətli məhsul təklif etmək imkanını yaradır. Şirkətimizə  olunmuş hər bir sifariş mütəxəsisslərimiz tərəfindən araşdırılır və təhlil olunaraq onların yerləşdiriləcəyi məkana uyğun emal olunmasına uyğun plan hazırlanır. Metal (dəmir) hissələri xüsusi kamerada qumlama prosesindən keçirildikdən sonra hər bir məhsulun və yerləşdiriləcəyi məkanın xüsusiyyətlərindən asılı olaraq elektrostatik toz boya və ya rütubətli mühitdə paslanmaya qarşı dözümlülüyə malik xüsusi boyalar ilə boyanır. 
Hazır məhsul sifarişçiyə yığılmış və yaxud yığılmamış formada bütün bərkidici elementlərlə birgə çatdırılır. Hazır məhsullar istifadəyə verilməmişdən öncə incəliklə bütün keyfiyyət yoxlamalarından keçir və etibarlılığı yoxlanılır. Bizim müəssisəmiz tərəfindən sifarişi icra etməmişdən öncə bütün parametrlər daxil olmaqla səlis layihə hazırlanır və sonra həmin layihəyə əsasən istehsalat prosesinə başlanılır. 

Əlaqə


 


Azərbaycan, Masazır qəsəbəsi, Əliağa Vahid 233
"Bazarstore"-un qarşısı (Duzlu gölün kənarı)
Tel.: +994 12 404 25 10
Mob.: +994 50 500 40 04
E-mail: info@adpro.az
Web: www.adpro.az